"Kim sevirsə idmanı" -flashmob

Bildiyimiz kimi, “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması istiqamətində məktəbdə müxtəlif fəaliyyətlər: “Açıq dərs”, sinif təşkilat saatları, idman yarışları, şagird tədqiqatları və təqdimatları, esse müsabiqəsi, müxtəlif araşdırmaların aparılması həyata keçirilir. 144 saylı məktəbin şagirdləri "Sağlam həyat tərzi"nə həsr edilmiş "Kim sevirsə idmanı" mövzusunda fləşmob təşkil etdilər.