“Məktəb idarəetməsi” mövzusunda təlim kursu

Azərbaycanda start verilən yeni bir layihə çərçivəsində məktəb direktorlarına təlim kursları keçirildi. 28 avqustdan 9 sentyabra kimi Quba rayonunda Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə “Məktəb idarəetməsi” mövzusunda təlim kursu təşkil olunmuşdur.. İntensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Təlim xüsusi dəvət olunmuş Paris Sorbonna Universitetinin professoru Florent Pratlong tərəfindən keçirildi. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və s. mövzularda interaktiv sessiyalar təşkil olandu.İştirakçıların asudə vaxtını səmərəli təşkil etmək üçün yaradıcı ev tapşırıqları verilmiş, intellektual oyunlar və kino axşamları təşkil olunmuşdur.Təlim kursunda iştirak etmək məqsədilə 40 nəfər Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə olunmuş məktəb direktorları və 2013-2014-cü ilin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq hazırlanmış reytinqə əsasən Sumqayıt şəhəri və rayon məktəblərinin direktorları iştirak etmişdir. Onlardan biri də məktəbin direktoru Həcər Mahmudovadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi