Böyük summativ qiymətləndirmənin aparılmasına hazırlıqlar başladı

Artıq 2017/2107-ci tədris ili sona yaxınlaşır. Məktəbin illik fəaliyyət planının 1.1.1.28-ci bəndinə əsasən, Böyük summativ qiymətləndirmənin aparılması məqsədilə hazırlıqlara başlandı.Dərs ilinin II yarımilinin sona çatması ilə əlaqədar olaraq, I-IX siniflərdə Böyük summativ qiymətləndirmənin aparılması ilə əlaqədar komissiya yaradıldı. Komissiya üzvlərinə tapşırıq nümunələrinin hazırlanması işlərini həyata keçirmək, Böyük summativ qiymətləndirmənin vaxtında aparılmasına və qiymətləndirmə zamanı obyektivlik və şəffaflığın təmin edilməsi və pedoqoji şuranın növbəti yığıncağında müzakirəsi məqsədilə" Böyük summativ qiymətləndirmənin aparılması vəziyyəti və nəticələri" barədə müvafiq arayış hazırlanması həvalə edildi. Toplantı zamanı komissiya üzvlərinin fikir və təklifləri müzakirə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi