IX siniflərdə monitorinq aparıldı

Buraxılış imtahanlarına hazırlıq işləri davam edir. Məktəbin Fəaliyyət Planının 1.1.3.3 və 1.1.3.7- ci bəndlərinə müvafiq olaraq, 9-cu siniflərin ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə buraxılış siniflərində sınaq qiymətləndirilməsinin aparılması davam edir. 9-cu siniflərdə şagirdlərin Ana dili və Riyaziyyat fənni üzrə bilik və bacarıqlarının yoxlanması - monitorinq aparıldı. Məqsəd buraxılış imtahanlarının keçirilməsinə az qaldığı müddətdə şagirdlərin bilik səviyyəsinin müəyyənləşdirilməsi, zəif şagirdlərlə təşkil edilən risk qruplarının işinin daha da gücləndirilməsi idi.