"Radikalizm və terrorizmə qarşı mübarizədə gənclərin rolu"

19/05/2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, DTX-nin Binəqədi rayon idarəsi və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 144 N-li tam orta məktəbdə "Radikalizm və terrorizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirildi. İlk öncə qonaqlar məktəbin foyesində "IV İslam həmrəyliyi oyunları" mövzusunda şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış oldular. Tədbirdə məktəbin IX-X-XI sinif şagirdləri, müəllimləri və valideynlər iştirak edirdi. Məktəbin direktoru H.Mahmudova çıxış edərək tədbir haqqında məlumat verdi və qonaqları təqdim etdi. Sonra "Fitnə" filmi nümayiş etdilidi. Filmdən sonra məktəbin direktoru sözü qonaqlara verdi. Onlar çıxışlarında radikalizm və terrorizmə qarşı mübarizədə gənclərin rolu barədə fikirlərini bildirdilər. Sonra isə şagirdlərin iştirakı ilə mövzu ətrafında fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavblandırıldı.