Sağlam həyat tərzini birlikdə seçək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması istiqamətində məktəbdə müxtəlif fəaliyyətlər: Sağlam həyat tərzi” mövzusu üzrə “Açıq dərs”, sinif təşkilat saatları, idman yarışları, şagird tədqiqtları və təqdimatları, esse müsabiqəsi, müxtəlif araşdırmaların aparılması həyata keçirilir. 144 nömrəli məktəbin şagirdləri sakinlər arasında "Sağlam həyat tərzi" haqqında sorğu apardılar, verilən cavablar əsasında qeydlərini apardılar, onların məsləhətlərini dinlədilər.Tədqiqatın aparılmasında əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarət idi.