17 may – Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür

17 may – Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.Bu münasibətlə 144 nömrəli məktəbdə informatika müəllimləri A.Abdülqədirova və Ü.Nəcəfovanın təşkilatçılığı ilə bu günə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagirdləri, eləcə də valideynlər iştirak edirdi. Çıxış edən şagirdlər öncə Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü haqqında ətraflı məlumat verdilər, İnformatika fənninə həsr edilmiş səhnəciklər təqdim etdilər. Sonra Binəqədi rayonu üzrə 144, 157 və 102 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri arasında bilik yarışı keçirildi. Bilik yarışında hər üç məktəbin 5-ciləri fəallıq göstərdilər. Tədbirin sonunda bilik yarışının iştirakçılarına və SKRATCH yarışmasında fərqlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim edildi, birlikdə xatirə şəkli çəkildi. Ümid edirik ki, təşkil edilmiş tədbir və bilik yarışında iştirak şagirdlərə informatika fənnini sevməkdə və daha yaxşı öyrənməkdə müsbət təsir edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi