"Şən startlar" idman yarışı keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub. Bu məqsədlə məktəbimizdə müxtəlif fəaliyyətlər həyata keçirilir. 16.05.2017-ci il tarixdə məktəbin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə 5-ci siniflər arasında "Şən startlar" idman yarışı keçirildi. Eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi daşıyan bu yarışa şagirdlər, valideynlər dəvət olunmuş, münsiflər heyəti olaraq məktəbin hal-hazırda təqaüddə olan fiziki tərbiyə müəllimləri cəlb olunmuşdular. Tədbirdən öncə şagirdlər idmanın insan sağlımlığında xüsusi əhəmiyyəti barədə təqdimatlar etdilər. Sonra idman müəllimlərinin rəhbərliyi ilə yarış başlandı. Müxtəlif idman hərəkətləri və çeviklik tələb edən yarış şagirdlərin yüksək fəallığı ilə keçdi. Bundan əlavə, raundlar arası şagirdlərin ifasında idman rəqsləri - kapoeyra nümayiş edildi. Yarışın sonunda fəallığı ilə fərqlənən komandalar və şagirdlər diplomlarla təltif edildilər.