3b sinfində "Hansı peşə vacibdir?" mövzusunda açıq dərs

16.05.2017-ci il tarixdə 3b sinfində "Hansı peşə vacibdir? mövzusunda açıq dərs keçirildi. Şagirdlər əvvəlcə müəyyən peşələr haqqında müzakirə apardılar. Sonra isə müxtəlif peşə şəkilləri göstərildi,yerinə yetirilən vəzifələr haqqında söhbət aparıldı. Beləcə şagirdlər peşələrin necə yarandığını dərk etdilər.Eyni zamanda belə qənaətə gəldilər ki, peşələrin hər biri vacibdir.Ən əsası isə seçdiyin peşəni sevmək və vəzifəni düzgün yürinə yetirməkdir. Dərsin sonunda şagirdlər dərsi tam mənimsədilər.