"Ozon qatı" mövzusunda açıq dərs

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təşkil etdiyi “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 12.05.2017-ci il tarixdə 144 N-li tam orta məktəbin 4a sinfində müəllim Kərimova Tərlanın açıq dərsi keçirildi.Açıq dərsin mövzusu Ozon qatı və onun atmosferdəki funksiyası haqda idi. Şagirdlər Ozon qatının atmosferdə olan qoruyucu qaz təbəqəsi olması barədə əldə etdikləri məlumatları təqdim etdilər. Bildirdilər ki, əgər ozon təbəqəsi yox olarsa , yer üzərindəki canlılar məhv ola bilər. Bu səbəbdən də ozon qatının dağılmasının qarşısını almaq üçün bütün insanlar birgə fəaliyyət göstərməlidirlər. Şagirdlər bu mövzu ilə bağlı çəkdikləri maraqlı şəkilləri nümayiş etdirdilər və esselər yazdılar.