"Heydər Əliyev Azərbaycanın sönməyən günəşidir" adlı müsabiqə keçirildi

Məktəbin illik Fəaliyyət planının 1.3.25-ci bəndinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə məktəbimizdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda silsilə tədbirlər həyata keçirilir. 10.05.2017- ci il tarixdə məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev Azərbaycanın sönməyən günəşidir" adlı tədbir-müsabiqə təşkil edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, məktəbin müəllim və şagirdləri iştirak edirdi.Tədbiri giriş sözü ilə açan direktor müavini Ş.Balıyeva Ulu Öndərin şərəfli ömür yolu haqqında çıxış etdi. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edildi, Ümummilli Liderin xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi. Tədbirin ikinci hissəsi isə müsabiqə xarakteri dayışıyırdı. Belə ki, şagirdlər Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı bədii kompozisiya, divar qəzetləri hazırlamış,esselər yazmışdılar. Sonra şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı hazırladıqları slaydları təqdim etdilər. Tədbirin gedişi zamanı müxtəlif nominasiyalar üzrə şagirdlərin müsabiqəyə təqdim etdikləri işlər nəzərdən keçirilmiş, fərqlənən şagirdlər rəhbərlik tərəfindən rəğbətləndirilmişdir. Beləki, məktəbin şagirdləri:-Ədəbi-bədii kompozisiyaya görə 6b sinfi;-Esselər üzrə 6a sinif şagirdi Abbasova Aytac, 6b sinif şagirdi Əliyev Məhəmməd-Divar qəzetinə görə 6b sinif şagirdləri ;-Slaydlara görə 6a sinfindən Baxşalıyev Kənan və Əliyeva Aysu ; 6b sinfindən Əliyev Məhəmməd ,Nəsirova Aytac və Qurbanova Məryəm fəallıqları və təqdim etdikləri işlərlə daha çox fərqləndilər.Tədbirin sonunda şagirdlər diplom və təşəkkürnamələrlə təltif olundular.