Uşaq yazarı Sevinc Nuruqızı ilə görüş

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən, “İmzalı görüş” layihəsi çərçivəsində məktəb kitabxanaları vasitəsilə Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq salnaməsinə həsr olunmuş elmi-publisist, bədii əsərlərin şagirdlər tərəfindən müzakirəsinin təşkili, şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkil olunması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir.Belə ki, Binəqədi rayonundakı 144 saylı məktəbin şagirdləri ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaqların sevimli yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirildi. Tədbirdə əvvəlcə yazıçı haqqında ətraflı məlumat oxuculara çatdırıldı. Sonra Sevinc Nuruqızı haqqında hazırlanmış çarxlı slayd nümayiş etdirildi.. Oxucuları ilə təkbətək qalan Sevinc xanım əvvəlcə vətənpərvərlik mövzusunda olan əsərlərindən danışdı, sonra isə uşaqların suallarını cavablandırdı. Redaktoru olduğu “Göy qurşağı” jurnalında yayımlanan “Dovşan Edvardın qeyri-adi səyahəti” tərcümə əsərindən söhbət açdı, uşaqların bu barədə fikirlərini öyrəndi. Yazıçının “Ağ xoruz”, “Qisas” və s. kitabları müzakirə edildi. Tədbirin sonunda Sevinc xanım öz duzlu-məzəli, vətən ətirli şeirlərini söylədi, kitabxanaya və uşaqlara öz kitablarını hədiyyə etdi.Sonda oxucuları ilə xatirə şəkli çəkdirdi. Uşaqlar Sevinc Nuruqızına həsr olunmuş kitab sərgisi ilə də tanış oldular. Kitabxanaya yeni üzv olan oxucular onları maraqlandıran kitabları əldə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi