Məktəbin tarix müəllimi Mədinə Əsgərova Qarabağın incilərindən biri olan Şuşa şəhəri və onun tarixinə həsr edilmiş "Şuşa qalası" mövzusunda açıq dərs təşkil etdi. Məktəbin kitabxanasında təşkil edilmiş dərs müzakirə şəklində aparıldı. Şagirdlər Şuşa qalası haqqında öyrəndikləri məlumatları bir-birilə paylaşaraq tarixin yaddaşında iz salan Pənahəli xan və onun tikdirdiyi digər qalalar haqqında fikirlərini söylədilər. Şuşa qalasına həsr olunmuş rəvayət və bayatılar səsləndirdilər. Tarix müəllimi M.Əsgərova müzakirə zamanı onları maraqlandıran sualları cavablandırdı. Kitabxana müdiri X.Rəsulova öz növbəsində məktəb kitabxanasında Şuşa qalası barədə olan mətbuat nümunələri ilə şagirdləri tanış etdi. Dərs şagirdlərin fəallığı ilə yadda qaldı.