“Şuşasız keçən 25 il” adlı tədbir keçirildi

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən, şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə mütəmadi olaraq müxtəlif səpkidə tədbirlər həyata keçirilir.08 may 2017-ci il tarixdə Şuşa şəhərinin işğalı günü ilə bağlı “Şuşasız keçən 25 il” adlı tədbir təşkil edilmişdir. Tədbirdə şagirdlər tərəfindən Şuşa şəhəri və onun tarixi haqqında məlumatlar təqdim edildi. Məktəbin müəllimi Səbinə Novruzova erməni vandalizminin acı nəticələri haqqında danışdı. Bildirdi ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Tədbirdə şagirdlərin təqdimatında Şuşamıza həsr olunmuş şeirlər, bayatılar səsləndirildi və ədəbi-bədii kompozisiya təqdim edildi. Tədbirin sonunda məktəbin direktoru H.Mahmudova öz çıxışında Şuşa şəhərinin işğalı və mənfur ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri düşmənçiliklər haqqında fikirlərini bildirərək qeyd etdi ki, hər bir azərbaycanlı zaman keçsə də, bu faktları unutmamalı, vətəni sevməli, onu qorumalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi