İntellektual yarış

05.05.2017-ci il tarixdə məktəbimizdə Ulu Öndər H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş intellektual Bilik yarışı təşkil edildi.Tarix müəllimi M.Əsgərova ulu öndərin nəsillərə örnək olan şərəfli həyat yolu və fəaliyyəti barədə çıxış etdi.Sonra məktəbin kitabxana müdiri X. Rəsulova intellektual bilik yarışı və qaydaları haqda məlumat verdikdən sonra 10-cu sinif şagirdləri arasında intellektual bilik yarışı başlandı.Yarışma şagirdlərin hərtərəfli şəxsiyyət olaraq formalaşması istiqamətində təşkil edilmişdi. Bütün fənnlər , dünyagörüşü əhatə edən suallardan ibarət yarışmada şagirdlər fəal iştirak edirdilər. Üç mərhələdən ibarət yarışmada şagirdlərin cavabları münsiflər heyəti tərəfindən qiymətləndirildi. İntellektual bilik yarışında fəallığı ilə fərqlənən komanda və şagirdlər diplomlarla rəğbətləndirildi.