"Hər damlası dərdlərə dərman olan sularımız" mövzusunda sərgi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha genişon Namiq Babayev adına 144 №li tam orta məktəbdə 28 aprel 2017-ci il tarixində Azərbaycanın mineral sularına həsr edilmiş ”Hər damlası dərdlərə dərman olan sularımız” adlı sərgi-təqdimat keçirildi. Tədbiri keçirməkdə əsas məqsəd respublikamızın mineral sularının əhəmiyyətini şagirdlərə çatdırmaq və mineral su bulaqlarını tanıtmaq idi. Tədbirdə şagirdlər ”Badamlı”, "Sirab”, “Vayxır” və “Darıdağ” mineral bulaqlar, Böyük Qafqazda yerləşən “Qalaaltı”, ”Xaltan”,”Cimi”,”Xaşı”, “Qaxsuyu” mineral suları, Lənkəran iqtisadi rayonundakı “Xansu”, “Ərkivan”, “ İstisu” və digər rayonlarda olan mineral sularla bağlı təqdimatlar etdilər. Onlar çıxışları zamanı təqdim etdikləri mineral suların müalicə əhəmiyyəti haqqında ətraflı məlumat verdilər. Məktəbin 10-cu sinif şagirdi Nihad Vəliyev "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Naxçıvan MR-a ekskursiya zamanı orada olan mineral su zavodunda şəxsi müşahidəsi zamanı hazırladığı video-çarxı təqdim etdi. Məktəbin coğrafiya müəllimi Qətibə İsgəndərova Qafqazın ən çox mineral su növlərinə malik olmasını qeyd etdi. Şagirdlərə hələ tam istifadə olunmayan neçə-neçə faydalı mineral suların xüsusiyyələri, əhəmiyyəti barədə məlumat verdi, gələcəkdə Azərbaycanın təbii sərvətləri olan mineral suların dünyaya tanıdılmasını, düzgün istifadə etməklə gələcək nəsillərə ötürülməsini tövsiyə etdi. Sonra şagirdlərin iştirakı ilə mineral suların baxış sərgisi təşkil edildi .