I siniflərdə "Qiraət müsabiqəsi"

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.2.10 –ci bəndinə əsasən, “İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” layihəsi əsasında ibtidai siniflərdə şagirdlərin oxuyub anlama vərdişləri, eləcə də mütaliə vərdişlərinin inkişafı məqsədilə müxtəlif tədbirlər, müsabiqələr həyata keçirilir. Belə tədbirlərin davamı olaraq 28 aprel 2017-ci il tarixində I siniflərdə “Qiraət müsabiqəsi” təşkil edilmişdir. Müsabiqədə iştirak edən şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər. Münsiflər heyətinin üzvləri hər bir şagirdi diqqətlə dinləyərək, təyin edilmiş meyarlar əsasında onları qiymətləndirirdi. Müsabiqə iştirakçıları rəhbərlik tərəfindən rəğbətləndirilərək diplom və hədiyyələrlə təltif edildilər.İnanırıq ki, belə müsabiqələr şagirdləri ruhlandıraraq mütaliəyə marağını daha da artıracaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi