"Azərbaycanın təbii sərvətləri - Palçıq vulkanları" mövzusunda praktiki dərs

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Elə bu məqsədlə, “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilir.26.04.2017-ci il tarixdə coğrafiya müəllimlərinin rəhbərliyi ilə məktəbin şagirdləri Binəqədi qəsəbəsi yaxınlığındakı Keyrəki vulkanın ərazisində oldular. Burada Azərbaycanın təbii sərvətləri olan “Palçıq vulkanları” mövzusunda praktik dərs keçirildi. Dərsin təşkil olunmasında məqsəd şagirdləri Azərbaycanın təbii sərvətlərindən biri olan palçıq vulkanları ilə əyani tanışlıq idi. Beləki, Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda yerləşir və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Dünyada ən hündür palçıq vulkanı Azərbaycanda hündürlüyü 400 m olan Torağaydır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Şagirdlər palçıq vulkanı ətrafında müşahidə aparakən əyani surətdə öyrəndilər ki, palçıq vulkanlarının maqmatizm təsiri ilə heç bir əlaqəsi yoxdur.Onların yaranması təqribən 4-6 km dərinlikdə olur. Palçıq vulkanları əsasən neftli qazlı sahələrdə müşahidə olunur.Şagirdlər tədqiqat zamanı palçıq vulkanlarının kraterinin ətrafında toplanan kəsəkli palçıq breksiyalarını gördülər, onları toplayaraq hazırladıqları müşahidə vərəqində vulkanın xüsusiyyətləri haqqında qeydlərini apardılar. Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyəti haqqında geniş məlumatlar əldə etdilər. Həmçinin, vulkan palçığının bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunması, eyni zamanda vulkanların seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıdığını öyrəndilər. Şagirdlər belə araşdırmaları ilə bizim həm milli, həm də təbii sərvətimiz olan Palçıq vulkanları barədə yalnız öyrənməli deyil, eyni zamanda indi və gələcəkdə ona sahib çıxaraq düzgün yararlanacaq və Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyinin qorunub gələcək nəsillərə ötürülməsinə çalışacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi