Yanğına qarşı maarifləndirmə tədbiri keçirilmişdir

26.04.2017-ci il tarixdə Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə yanğına qarşı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, 1-ci ərazi DYNİ-nin böyük inspektoru daxili xidmət mayoru Hafizxan Babayev , BRM-nin baş zabiti baş leytenant Məhəmməd Əliyev və məktəb kollektivi iştirak edirdi.Tədbirin keçirilməsində məqsəd məktəb kollektivinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirmək idi. Tədbirdə yanğın təhlükəsizliyi barədə geniş söhbət aparılmış, yanğın təhlükəsinin səbəb və nəticələrinə həsr edilmiş film-slayd nümayiş etilmiş, ilkin odsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilmişdir. Bununla yanaşı qaz və elektrik təsərrüfatlarının vəziyyəti, obyektdə mövcud yanğına qarşı su təchizatının yararlığı, təxliyə yollarının sərbəst və daima açıq saxlanılması, işçilərin ilkin təlimatlandırılması məsələləri izah edilmişdir. Tədbirdə iştirak etmiş müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmış, yanğın baş verərkən nə etmək lazım olması barədə müvafiq təlimatlar verilmişdir. FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqləri tədbir iştirakçılarına paylanmışdır.