İbtidai siniflərdə inşa müsabiqələri təşkil edildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin I-IV siniflərdə düzgün yazı vərdişlərinin formalaşdırılması istiqamətində məktəbdə müxtəlif fəaliyyətlər həyata keçirilir. Mütəmadi olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə bacarıqlarının formalaşdırılması məqsədilə əməli yazılar, imla, ifadə, inşa, esse müsabiqələri təşkil edilir. Bu tədbirlərin davamı olaraq 25 aprel 2017-ci il tarixdə I-II siniflərdə "Ailəm - mənim dünyamdır" mövzusunda , III-IV siniflərdə isə "Azərbaycan - Vətənim mənim"mövzusunda esse müsabiqəsi təşkil edildi. Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması vəziyyətinin öyrənilməsi idi. Müsabiqənin nəticələrinə görə mükafatlandırma tədbirinə şagird və valideynlər dəvət ediləcək, esse yarışmasında uğur qazanan qaliblər məktəb rəhbərliyi tərəfindən “Ən yaxşı balaca yazar” nominasiyası üzrə diplomlarla rəğbətləndiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi