“Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilmişdir

24.04.2017-ci il tarixdə Bakı şəhəri N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilmişdir.Görüşdə jurnalist Vüsalə Məmmədova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Şagirdlərə Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırğın, vəhşilik və soyqırımı barədə məlumat verilib. 1988-ci ildə azərbaycanlıların yaşadıqları tarixən Azərbaycan torpaqları olan Ermənistanın ərasisindən qovulduğu və Dağlıq Qarabağ hadisələrində xalqımıza qarşı soyqırımı aktlarının davam etdirildiyi, ermənilərin Xocalıya qarşı hərbi təcavüzünin isə məqsədyönlü xarakter daşıdığı bildirilib.Görüşdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər haqqında da məlumat verilib. Sonra məktəbin direktoru Həcər Mahmudova çıxış edərək pedaqoji kollektivə və şagirdlərə “Xocalıya ədalət!” kampaniyasında fəal olmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi