Şagirdlərimiz Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada

Məktəbin 2016/2017-ci tədris ili üçün fəlaiyyət planının 1.3.7–ci bəndinə müvafif olaraq Tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir.Bu gun Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin şagirdləri Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olmuşlar. Məktəbdə təlim prosesi zamanı məktəblilər bir cox tarixi səxsiyyətlərimiz haqqında məlumatlar almışlar. Həmin şəxsiyyətlərimiz haqqında daha çox əlavə məlumat almaq, tariximizi şagirdlərə öyrətmək və sevdirmək üçün ekskursiyanı uğurlu hesab etmək olar. Muzeyi gəzdikcə və orada Hacı Zeynalabdın Tagıyevin həyat və fəaliyyətinə aid eksponatları, video materialları seyr etdikcə şagirdlər onu daha yaxından tanıdılar,onun nə qədər xeyirxah, yardımsevər, agıllı və səxavətli olması qənaətinə gəldilər. Ekskursiya çox maraqlı keçdi. Belə ki, dərsliklərdən öyrəndikləri bəzi məlumatları əyani şəkildə görmək onlara çox maraqlı oldu.Muzeyin digər bölmələrində də şagirdlər tariximizi əks etdirən bir çox eksponatlar, Məmməd Əmin Rəsulzadənin öz əlləri ilə tikdiyi üçrəngli bayrağımız, tariximizin keçmiş dövrlərinə aid, eyni zamanda bir çox yeni məlumatlar da əldə etdilər. Qədim dövrlərdə istifadə olunan əşyalar, geyimlər, pullar, kitablar və s. şagirdlərimizin böyük marağına səbəb oldu.Əmək alətləri, qədim bəzək əşyaları, Şah İsmayıl Xətai, Babək, Nəsirəddin Tusi və başqaları haqqında ətraflı məlumatlar aldılar. Şagirdlərimiz bir çox tarixi eksponatlarla tanış oldular.