“Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” şeir-hekayə müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığına əsasən , “Aydınlığa doğru” Milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində “Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” şeir-hekayə müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin nəticələri ilə bağlı 21 aprel 2017-ci il tarixdə yekun tədbiri keçirilmişdir. Tədbirə müsabiqə iştirakçısı olan məktəblilər, onların valideynləri, məktəb rəhbərliyi dəvət edilmişdi. Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 10 a sinfinin şagirdi Nihad Vəliyev “Tənəffüsdə sinif rəhbərimiz yox idi” , 8 b sinfinin şagirdi Əlizadə Səkinə isə "Ailə əvəzsizdir” adlı hekayələri ilə müsabiqədə uğurla iştirak edərək münsiflər heyəti tərəfindən rəğbətləndirilmiş , diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi