IX siniflərdə Riyaziyyat fənni üzrə monitorinq aparıldı

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.3.7-ci bəndinə əsasən IX sinif şagirdlərinin ümumi orta və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir. Şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi, şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi məqsədilə 21 aprel 2017-ci il tarixdə Riyaziyyat fənni üzrə monitorinq təşkil edildi. Şagirdlərə VIII sinif səviyyəsində riyazi bilik və bacarıqları əhatə edən yoxlama tapşırıqları verildi. Cavablandırılan tapşırıqların həlli yoxlandıqdan sonra nəticələr şagirdlər və valideynlərlə müzakirə ediləcək, müvafiq tədbirlər həyata keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi