Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımız yad edildi

Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə 2016-cı ildə baş vermiş aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilib.Belə ki, təhsil müəssisələrində aprel döyüşlərinə həsr olunan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müsabiqələr təşkil edilib.Aprel döyüşləri ilə əlaqədar məktəbdə divar qəzetləri, stendlər və guşələr hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər, müəllim və valideynlər iştirak edib.Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi