Məktəblilər Qobustan dövlət tarixi-bədii qoruğunda

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə dəyirmi masa, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.19.04.2017-ci il tarixdə məktəbin müəllim və şagirdləri Qobustan dövlət tarixi-bədii qoruğunda ekskursiyada oldular. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin Azərbaycanın fərqli ərazi mövqeyinə malik zonalarnda təbiət müxtəlifliyi ilə daha yaxından tanış olmaları idi. Ekskursiya zamanı şagirdlər bölgədə mövcud olan bitki örtüyünü müşahidə edərək dağlıq və düzənlik ərazilərin bitki və canlılar müxtəlifliyinin müqayisəli təhlilini apardılar. Şagirdlər ekskursiyadan yeni faydalı məlumatlarla və gözəl təəssüratlarla qayıtdlıar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi