Biz ingiliscə danışmaq öyrənirik

19 aprel 2017-ci il tarixdə məktəbdə yaradılmış Danışıq klubunda şagirdlərin növbəti toplantısı təşkil edildi. İngilis dilinin tədrisi keyfiyyətinin artırılması və şagirdlərdə ingilis dilində ünsiyyət bacarıqlarının aşılanması məqsədi daşıyan klubda şagirdlər həftənin 3-cü günləri həvəslə iştirak edirlər. Bu dəfə danışıq klubu “Avroviziya yarışması” mövzusunda təşkil edildi. Klubun bugünkü iştirakçıları 7-ci və 8-ci sinif şagirdləri idi. Kluba rəhbərliyi isə müəllimlər: Aynur Əliyeva və Firuzə Rəhimova edirdi. Əvvəlcə Avroviziya yarışması barədə maraqlı film nümayiş etdirildi. Filmə baxdıqdan sonra şagirdlər Aynur müəllim tərəfindən hazırlanmış iş vərəqlərindəki söz və söz birləşmələri ətrafında fikir mübadiləsi aparırdı. Şagirdlər söz ehtiyatlarından istifadə edərək yarışmanın qaydaları, qalibləri, yarışma zamanı səslənən bəyəndikləri musiqilər haqqında bildikləri maraqlı məlumatları bir-biri ilə paylaşmaq üçün dialoq qurmağa çalışırdılar. Sonra isə şagirdlər müsabiqəyə həsr edilmiş səhnəcik təqdim etdilər. Sevindirici haldır ki, şagirdlər danışıq, tələffüzlə bağlı komplekslərini artıq tədricən aradan qaldırmağa nail olurlar. Aynur müəllimə və Firuzə müəllimə təşəkkür edir və Danışıq klubu üzvlərinə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi