İbtidai siniflərdə Oxu texnikasının monitorinqi

Məktəbin 2016/2017-ci tədris ili üçün fəlaiyyət planının 1.1.2.10 –ci bəndinə müvafiq olaraq “İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” lahiyəsi əsasında II – IV siniflərdə şagirdlərin oxuyub anlama vərdişləri səviyyəsinin öyrənilməsi istiqamətində müxtəlif fəaliyyətlər yerinə yetirilir. Tədris ilinin əvvəlində lahiyənin I mərhələsi - şagirdlərin tanış olmayan mətnlər üzrə yazılı tapşırıqları necə yetirilməsinin müşahidəsi aparıldı. Nəticələr müəllim kollektivi ilə metodbirləşmə iclasında müzakirə edildi. İlin II yarısında şagirdlərin oxuyub –anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədilə layihənin II mərhələsi – monitorinq təşkil edildi. Beləki, 18 aprel 2017-ci il tarixdə məktəbin ibtidai siniflərində oxu texnikasının monitorinqinə başlanıldı.Burada şagirdlərin tanış olmayan mətnlər üzrə yazılı tapşırıqları necə yetirilməsinin müşahidəsi aparıldı. Əldə olunan nəticələrin ilin əvvəlindəki nəticələrlə müqayisəli təhlili aparılacaq, nəticələrə müvafiq tədbirlər həyata keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi