Məktəbin şagirdləri teatrda

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.7 -ci bəndinə əsasən il ərzində tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir. Eyni zamnda şagirdlərin mütaliəyə marağını artırılması məqsədilə mütəmadi olaraq onlar teatrlara oxuduqları əsərlərin əsasında hazırlanmış tamaşalara baxmağa aparılır. 14.04.2017-ci il tarixdə məktəbin 2a və 2b sinif şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış tamaşaya baxdılar. Aktyorların ifasında təqdim edilən tamaşa balalarımıza insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır. Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu balaca tamaşaçıları - şagirdlərimizi heyran edirdi.