Quba rayonuna ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə dəyirmi masa, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub. Bundan əlavə məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.7 -ci bəndinə əsasən il ərzində tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili həyata keçirilir.14.04.2017-ci il tarixdə məktəbin müəllim və şagirdləri Quba rayonunda ekskursiyada oldular. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin Azərbaycanın zəngin florasına malik təbiəti ilə daha yaxından tanış olmaq idi. Ekskursiya zamanı şagirdlər bölgədə mövcud olan bitki örtüyünü müşahidə edərək dağlıq və düzənlik ərazilərin bitki coğrafiyasının və inkişaf tempinin müqayisəli təhlilini apardılar. Şagirdlər ekskursiyadan yeni faydalı məlumatlarla və gözəl təəssüratlarla qayıtdlıar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi