Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.6-cı bəndinə əsasən şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği istiqamətində məktəbimizdə müxtəlif fəaliyyətlər: tədbirlər, ekskursiyalar təşkil olunur. 15.04.2017-ci il tarixdə məktəbin 10 və 11-ci siniflər üzrə bir qrup şagird, müəllim və valideynlər 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. Ekskursiya iştirakçıları müsəlman əhalinin soyqırımı tarixini əks etdirən Abidə-muzeyin ekspozisiyasında sərgilənmiş qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər, unikal arxiv sənədləri, statistik məlumat və diaqramlarla yaxından tanış oldular. Ekspozisiyanın zalında nümayiş etdirilən Quba soyqırımını əks etdirən sənədli filmə tamaşa etdilər. Ekskursiyanın sonunda şagirdlər kompleksin xatirə kitabına təəssüratlarını yazdılar.