AMEA Zoologiya İnstitutuna ekskursiya-EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin aprel ayında ““Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. 14.04.2017-ci il tarixdə məktəbin müəllim və şagirdləri Zoologiya İnstitutunda ekskursiyada oldular. Əsas fəaliyyət istiqamətləri Azərbaycan heyvanlar aləminin növ tərkibi öyrənilməsi olan Zoologiya İnstitutuna ekskursiya şagirdlər üçün çox maraqlı oldu. Burada onlar meşə, çöl, göl və bataqlıq heyvanlarının eksponatları ilə tanış oldular. Ayrı-ayrı şöbələrdə institutun əməkdaşları tərəfindən şagirdlərə müxtəlif heyvan eksponatları nümayiş edilmiş, onların xüsusuiyyətləri barədə şagirdlərə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.Şagirdlər ekskursiyadan yeni faydalı məlumatlarla və gözəl təəssüratlarla qayıtdlıar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi