Mərkəzi Nəbatət bağına ekskursiya- EKO AYLIQ

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. “Ekoloji aylıqlar” layihəsi davamı olaraq 2016/2017-ci ilin aprel ayında ““Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur. 14.04.2017-ci il tarixdə məktəbin müəllim və şagirdləri Mərkəzi Nəbatat Bağına eksursiyada oldular. Əsas fəaliyyət istiqamətləri Azərbaycan florasından olan bitki növlərinin introduksiyası və genofondunun qorunmasından ibarət olan Mərkəzi Nəbatat Bağına təşkil edilmiş ekskursiya şagirdlər üçün çox maraqlı oldu. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdləri müxtəlif bitki növlərin birgə yaşayışı, mühitə uyğunlaşmaları ilə tanış etmək idi. Burada onlar Ağac və kol bitkiləri, Nadir və nəsli kəsilməkdə olan bitkilər, Örtülü şəraitdə becərilən bitkilər, Çiçəkçilik laboratoriyalararında oldular, orada qorunub saxlanan, becərilən bitki növləri ilə yaxından tanış oldular. Nəbatət bağında şagirdlər müxtəlif ölkələrdən gətirilmiş bitki növləri ilə tanış oldular, oranjereyalarda becərilən nadir bitkiləri maraqla izlədilər. Yeni öyrəndikləri məlumatların müşahidə vərəqlərində qeydiyyatını apardılar. Təşkilatın əməkdaşları şagirdlərə doğma diyarın zəngin bitki aləmi, eləcə də nadir bitkilərin çoxaldılması istiqamətində görülən işlər haqqında ətraflı məlumatlar verdilər. Şagirdlər ekskursiyadan yeni faydalı məlumatlarla və gözəl təəssüratlarla qayıtdlıar.