Riyaziyyat aylığı davam edir

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən aprel ayı riyaziyyat aylığı elan edilmişdir. Riyaziyyat aylığı ərzində açıq dərslərin, bilik yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. 13.04.2017-ci il tarixdə paralel olaraq əvvəlcə 8a, sonra isə 8b siniflərində riyaziyyat fənni üzrə “İkiqat bərabərsizlikləri” mövzusunda açıq dərslər təşkil edildi. Dərsdinləmənin təşkilində məqsəd riyaziyyat fənninin paralel siniflərdə müşahidəsi və müqayisəli təhlili idi. Dərslərdə məktəb rəhbərliyi və müəllimlər qonaq qismində iştirak edirdi. Dərsin gedişi zamanı fənn müəllimi S.Qanbayeva 8a sinfində cütlüklərlə iş formasından istifadə edərək şagirdlərə təlim məqsədlərinə müvafiq tapşırıqlar əks etdirilən iş vərəqlərini təqdim etdi. Şagirdlər verilmiş tapşırıqları icra etdilər. Sonra yerinə yetirilmiş çalışmaların cavab və həlllərinin müzakirəsini apardılar. Dərsin gedişi zamanı fəallığı ilə fərqlənən şagirdlər müəllim tərəfindən qiymətləndirdi. Sonra isə eyni mövzu üzrə digər riyaziyyat müəllimi İ.Quliyevin 8b sinfində hazırladığı açıq dərsin müşahidəsi aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi