Danışıq klubunda Kosmonavtika günü qeyd edilir

12 aprel 2017-ci il tarixdə məktəbdə ingilis dili müəllimi Vəfa Səlimovanın təşəbbüsü və təşkilatçılığı ilə fəaliyyətə başlamış Danışıq klubunda şagirdlərin növbəti toplantısı təşkil edildi. İngilis dilinin tədrisi keyfiyyətinin artırılması və şagirdlərdə ingilis dilində ünsiyyət bacarıqlarının aşılanması məqsədi daşıyan klubda şagirdlər həftənin 3-cü günləri həvəslə iştirak edirlər. Bu dəfə danışıq klubu 12 aprel Kosmonavtika günü mövzusunda təşkil edildi. Klubun bugünkü iştirakçıları 5-ci sinif şagirdləri idi. Əvvəlcə Kosmonavtika gününə həsr edilmiş maraqlı film nümayiş etdirildi. Filmə baxdıqdan sonra şagirdlər Vəfa müəllim tərəfindən hazırlanmış iş vərəqlərindəki söz və söz birləşmələri ətrafında fikir mübadiləsi aparırdı.Şagirdlər söz ehtiyatlarından istifadə edərək kosmos, planetlər, kosmonavtlar haqqında bildikləri maraqlı məlumatları bir-biri ilə paylaşmaq üçün dialoq qurmağa çalışırdılar. Sevindirici haldır ki, şagirdlər danışıq, tələffüzlə bağlı komplekslərini artıq tədricən aradan qaldırmağa nail olurlar. Vəfa müəllimə təşəkkür edir və Danışıq klubu üzvlərinə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi