IX sinif buraxılış imtahanlarına hazırlıq

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.3.7-ci bəndinə əsasən IX sinif şagirdlərinin ümumi orta və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə IX siniflərdə ana dili və riyaziyyat müəllimləri ilə direktoryanı növbəti iclas keçirildi. İclasda müvafiq fənn müəllimləri ana dili, riyaziyyat fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi məqsədilə ayrı-ayrı siniflər üzrə aparılmış monitorinqlərin nəticələri əks etdirilmiş inkişaf dinamikası ilə tanış oldular. Monitorinq nəticələrinin müzakirəsi zamanı onlar şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi üçün bundan sonra hansı addımların atılması, fərdi yanaşma üsulunun tətbiqi, fakültativ məşğələlərin səmərəli təşkili istiqamətində təkliflərini bildirdilər və tədbirlər planı bir daha nəzərdən keçirildi. Qərara alındı ki, imtahanlara hazırlıq məqsədilə nəinki şagirdlər, eyni zamanda valideynlərlə aparılan məqsədyönlü işlər davam etdirilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi