Riyaziyyat aylığı davam edir

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən aprel ayı riyaziyyat aylığı elan edilmişdir. Riyaziyyat aylığı ərzində açıq dərslərin, bilik yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. 12.04.2017-ci il tarixdə paralel olaraq əvvəlcə 7a, sonra isə 7c siniflərində riyaziyyat fənni üzrə “İkidəyişənli xətti tənliklər sisteminin toplama üsulu ilə həlli” mövzusunda açıq dərslər təşkil edildi. Dərsdinləmənin təşkilində məqsəd riyaziyyat fənninin paralel siniflərdə müşahidəsi və müqayisəli təhlili idi. Dərslərdə məktəb rəhbərliyi və müəllimlər qonaq qismində iştirak edirdi. Dərsin gedişi zamanı fənn müəllimi S.Cabbarova şagirdləri qruplara ayırdı, təlim məqsədlərinə müvafiq tapşırıqlar əks etdirilən iş vərəqlərini şagirdlər birlikdə icra etdilər. Hər qrup nümayəndəsi təqdimatlar edərək qrup işlərinin nəticələrinin müzakirəsini apardılar. Dərsin gedişi zamanı fəallığı ilə fərqlənən şagirdlər müəllim tərəfindən qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi