Məktəbəhazırlıq qrupları

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.2-ci bəndinə əsasən Məktəbəhazırlıq qrupları üzrə işin təşkili diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq məktəbəhazırlıq qruplarında aparılan dərslər müşahidə olunur, müəllim və valideynlərlə söhbət aparılır. 11.04.2017-ci il tarixdə iki müxtəlif qruplarda dərslərin müşahidəsi aparıldı. Bir qrupda dərs cədvəlinə uyğun olaraq “Savad təliminə hazırlıq və nitq inkişafı” fənni üzrə “Ö” hərfi, digər qrupda isə “Məntiqi və riyazi təfəkkürün inkişafı” fənni üzrə “Fəsillər və aylar” mövzusunda təşkil edilən dərslər dinlənildi. Hər iki qrupda uşaqlar həvəslə dərsdə iştirak edir, sualları cavablandırırdılar.