İbtidai sinif müəllimləri ilə iclas

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.2-ci bəndinə əsasən ibtidai siniflər üzrə I-IV siniflərdə şagird nailiyyətinin yüksəldilməsi üzrə müxtəlif fəaliyyətlər həyata keçirilir. 11.04.2017-ci il tarixdə məktəbdə ibtidai sinif müəllimlərinin direktoryanı iclası keçirildi. Keçirilən iclasda ibtidai təhsil səviyyəsi üzrə icra edilmiş fəaliyyətlərin nəticələri və qarşıda duran məsələlər müzakirə edildi. Şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində lazımi işlərin, II-IV siniflər arasında ana dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə məktəbdaxili olimpiadaların təşkili və şagirdlərdə mütaliə vərdişlərinin aşılanması istiqamətində görüləcək işlərin planı müzakirə edildi.