Riyaziyyat aylığına start verildi

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən aprel ayı riyaziyyat aylığı elan edilmişdir. Riyaziyyat aylığı ərzində açıq dərslərin, bilik yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. 10.04.2017-ci il tarixdə paralel olaraq əvvəlcə 10b sonra isə 10a siniflərində cəbr fənni üzrə “Loqarifmik tənliklər sistemi” mövzusunda açıq dərslər təşkil edildi. Dərsdinləmənin təşkilində məqsəd riyaziyyat fənninin paralel siniflərdə müşahidəsi və müqayisəli təhlili idi. Açıq dərslərdə məktəb rəhbərliyi və müəllimlər qonaq qismində iştirak edirdi. 10b sinfində təşkil edilmiş açıq dərsdə fənn müəllimi İ.Hümbətov şagirdlərlə iş zamanı siniflə və fərdi iş formalarından istifadə etdi. Yeni mövzunun daha yaxşı mənimsənilməsinə nail olmaq üçün kartoçkalarda tərtib etdiyi tapşırıqların həlli zamanı şagirdlərin fəal iştirak etmələrinə diqqət yetirirdi. 10a sinfində isə dərsin gedişi zamanı fənn müəllimi S.Qasımova şagirdləri qruplara ayırdı, təlim məqsədlərinə müvafiq tapşırıqlar əks etdirilən iş vərəqlərini şagirdlər birlikdə icra etdilər. Hər qrup nümayəndəsi təqdimatlar edərək qrup işlərinin nəticələrinin müzakirəsini apardılar. Dərsin prosesi zamanı fəallığı ilə fərqlənən şagirdlər müəllim tərəfindən qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi