Torpaq – uğrunda ölən varsa Vətəndir

“Torpaq and yerimizdir.” 07.04.2-17-ci il tarixdə məktəbimizdə Aprel döyüşlərinin ildönümünə və məktəbin məzunu, Aprel döyüşlərində şəhid olmuş polkovnik- leytenant Sənan Axundovun xatirəsinə həsr edilmiş tədbir təşkil edildi. 2016-cı il aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə keçirilmiş tədbirdə Şəhidin ailəsi, atası Tahir Axundov, həyat yoldaşı Nəcibə xanım,oğlu Tahir Axundov,Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri ”Ədəbiyyat” qəzerinin redaktoru Sərvaz Hüseynoğlu,Prezident təqaüdlü şairə Gülayə Könül,Daxili İşlər Nazirliyi, Mənəvi Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşları, iş yoldaşı - istefada olan polkovnik Rəşid müəllim, icra hakimiyyətinin əməkdaşları, Müdafiə Nazirliyinin mətbuat xidmətindən nümayəndə Emin Həsənli, Lələtəpə döyüşçülərinin iştirakçıları, Qarabağ veteranları ,”Məşəl “ ictimai birliyinin üzvləri, şəhidin müəllimləri və sinif yoldaşları, məktəbin şagird-müəllim kollektivi iştirak edirdi. Əvvəlcə qonaqlar məktəbin foyesində şagirdlərin Aprel döyüşləri mövzusunda hazırladıqları rəsmlər və əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra isə məktəbin akt zalında Aprel döyüşlərinə həsr edilmiş tədbirdə iştirak etdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru H.Mahmudova məktəbdə şagirdlərin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə mütəmadi tədbirlər təşkil edildiyini bildirdi, məktəbin məzunu şəhid Sənan Axundovun xatirəsinin ehtiramla yad edildiyini qeyd etdi. Əvvəlcə Sənan Axundovun həyatını əks edən film nümayiş etdirildi. Sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edildi, vətənpərvərlik ruhunda mahnılar səsləndirildi. Tədbirə dəvət edilmiş qonaqlar Sənan Axundov haqqında xatirələrini bölüşərək onun xatirəsini yad etdilər. Sonda qonaqlar və tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi