II Məntiq olimpiadasının I tur nəticələri

“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nın ilk turunun nəticələri açıqlanmışdır. İki mərhələdə keçirilən olimpiada çərçivəsində ilk mərhələ 01.04.2017 tarixdə məktəbdə keçirildi. Olimpiada zamanı şagirdlərə xas olan məntiqi təfəkkürün Bədii, Mücərrəd və Verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Məktəb üzrə 47 nəfər 5-ci və 6-cı sinif şagirdləri birinci mərhələdə iştirak etdi. Olimpiadanın final turuna keçid həddi 75% müəyyən edilmişdi. Nəticəsi 75% və daha yuxarı olan bütün şagirdlər olimpiadanın final turunda iştirak haqqı qazanırlar ki, ilk tur nəticələrinə əsasən məktəbimizin 13 şagirdi ikinci final mərhələsində iştirak hüququ əldə etmişlər. Məktəb rəhbərliyi tərəfindən həmin şagirdlər və onların riyaziyyat müəllimləri ilə görüş təşkil edilmiş, final mərhələyə hazırlıq işləri barədə onlara müvafiq tövsiyyə və göstərişlər verilmişdir. Final mərhələ 06.05.2017 tarixində həyata keçiriləcəkdir. Final mərhələsinə vəsiqə qazanmış şagirdlərimizə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi