Məktəbli bioloqlar tədqiqat aparırlar

2016/2017-ci tədris ilinin aprel ayı məktəbimizdə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. 05 aprel 2017-ci il tarixdə məktəbin 6-cı və 7-ci sinif şagirdləri biomüxtəliflik haqqında filmə tamaşa etdilər. Sonra öyrəndiklərini tətbiq etmək məqsədilə məktəb yaxınlığındakı yaşıllıq ərazisinə ekskursiyaya yollandılar. Biologiya müəllimləri M.Nəsirova və B.Bağırovanın təşkilatçılığı ilə şagirdlər ərazidə müşahidə apararaq bitki növlərini müəyyən etməyə çalışdılar, təyin etdikləri növlərin sayına təbii proseslərin təsirini və eləcə də, süni təsirlərin nəticələrinin tədqiqatını apardılar. Əvvəlcədən tətbiq etdikləri calaq tinglərinin inkişafı ilə maraqlandılar. Tədqiqatın sonunda müşahidə nəticələrinin birlikdə müzakirəsini apararaq tərtib etdikləri sorğu vərəqlərini tamamladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi