“Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirildi.

Təhsilalanlara fəal və sağlam həyat tərzini təbliğ edilməsi , gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4- cü bəndini rəhbər tutaraq
“Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirildi.
Məktəbimizdə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Görüşün əsas məqsədi yeniyetmələr arasında zərərli vərdişlərin – siqaret, spirtli içkilər və narkotik vasitələrdən istifadənin qarşısını almaq, şagirdlərə hüquqi maarifləndirmə vermək və sağlam həyat tərzini təbliğ etmək idi.
Tədbir zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli vərdişlərin insan orqanizminə və gələcək həyatlarına vurduğu fəsadlar, eləcə də bu vərdişlərin hüquqi nəticələri barədə geniş məlumat verdilər. Şagirdlərlə interaktiv müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.
Belə tədbirlər şagirdlərin düzgün istiqamətləndirilməsi və mənfi meyllərdən uzaq durmaları baxımından mühüm əhəmiyyət daşıyır. Məktəb rəhbərliyi hüquq-mühafizə orqanlarına əməkdaşlığa görə təşəkkürünü bildirdi və bu cür maarifləndirici görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladı.