Xurşidbanu Natəvan

Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması məqsədilə məktəb kitabxanasında mütəmadi olaraq şair və yazıçıların həyat və yaradıcılığına həsr edilmiş tədbirlər həyata keçirilir. Növbəti tədbir kitabxana müdiri X.Rəsulovanın təşkilatçılığı ilə Xurşidbanu Natəvanın yaradıcılığına həsr edildi. Burada Şagirdlər XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verərək bildirdilər ki, Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Ədəbiyyat müəllimi H.Vəliyeva bildirdi ki, Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, mesenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuşdur. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: Bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Şagirdlər, Xurşidbanu Natəvanın Şuşada "Məclisi-- üns" ədəbi məclisini təşkil etməsi barədə məlumat verərərək bildirdilər ki,şairə yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır. Kitabxana müdiri X.Rəsulova isə 1858-ci ildə Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunun görüşü haqqında danışaraq qeyd etdi ki, Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapmışdır. Sonda şagirdlərin ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi