31 MART SOYQIRIMI

Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən, şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü gününə həsr olunmuş film nümayiş etdirildi. Məktəbin tarix müəllimi Leyla Novruzova erməni vandalizminin əsrlər boyu vurduğu ziyanlar haqqında danışdı. Sonra şagirdlərin təqdimatında hazırlanmış məlumatlar-faktlar səsləndirildi və ədəbi-bədii kompozisiya təqdim edildi. Tədbirin sonunda məktəbin direktoru H.Mahmudova öz çıxışında Mart Soyqırımı--1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında fikirlərini bildirərək qeyd etdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hər bir azərbaycanlı zaman keçsə də, bu faktları unutmamalı, vətəni sevməli, onu qorumalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi