II Məntiq Olimpiadasına hazırlıq

Ötən tədris ilində Bakı Şəhəri üzrə ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” təşkil olunmuşdur. Tədris ilinin sonunda təntənəli bağlanış tədbiri keçirilmiş və qalib hesab edilən şagirdlər müxtəlif hədiyyə və medallar ilə mükafatlandırılmışlar. Sevindirici haldır ki, məktəbin şagirdi Eldar Xancanov bu yarışda uğur qazanaraq bürünc medala layiq görülmüş, 6 nəfər şagrdimiz isə final mərhələsinin iştirakçısı sertifikatı ilə təltif edilmişdir.Bu il də BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” keçiriləcək. Birinci mərhələ (seçim turu) 01.04.2017-ci il tarixdə məktəbin özü tərəfindən təşkil olunacaqdır. Məktəbin olimpiadada iştirak edəcək 5 və 6-cı sinif şagirdləri ilə görüş təşkil edildi. Görüş zamanı məktəbin direktoru H.Mahmudova “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” və onun keçirilmə qaydaları barədə şagirdlərə ətraflı məlumat verdi və onlara uğurlar arzuladı. Sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.