Biz ingiliscə danışmaq öyrənirik

Bu gün məktəbdə ingilis dili müəllimi Vəfa Səlimovanın təşəbbüsü və təşkilatçılığı ilə fəaliyyətə başlamış Danışıq klubunda şagirdlərin növbəti toplantısı təşkil edildi. İngilis dilinin tədrisi keyfiyyətinin artırılması və şagirdlərdə ingilis dilində ünsiyyət bacarıqlarının aşılanması məqsədi daşıyan klubda şagirdlər həvəslə iştirak edir.Bu dəfə danışıq klubuna SPEX layihəsinin iştirakçısı olan ingilis dili müəllimi Vüsalə Rzayeva rəhbərlik edirdi.Klubun bu məşğələsində 7-ci sinif şagirdləri iştirak edirdilər. Əvvəlcə film nümayiş etdirildi. Filmə baxdıqdan sonra şagirdlər Vüsalə müəllim tərəfindən verilən söz və söz birləşmələri ətrafında fikir mübadiləsi aparır, söz ehtiyatlarından istifadə edərək dialoq qurmağa çalışırdılar. Vüsalə müəllimə təşəkkür edir və danışıq klubu üzvlərinə uğurlar diləyirik.