Uğur üçün Tədris (SPEX)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ilində təhsildə keyfiyyətin artırılmasına xidmət edən bütün layihələrini “Səmərəli Məktəb Yaradaq” təşəbbüsü çərçivəsində 8 fəaliyyət istiqaməti üzrə qruplaşdırmışdır. İnkişaf edən və sürətlə qloballaşan dünyaya inteqrasiya etmək üçün xarici dil bilgisinin əhəmiyyəti xüsusi vurğulanararaq bu fəaliyyət istiqamətlərindən biri kimi Xarici Dillər istiqaməti əsas götürülmüş və bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu sahədə inkişafyönümlü müvafiq addımların atılması məqsədi ilə Xarici Dillər istiqamətinin əsas layihələrindən biri kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və British Councilin birgə əməkdaşlığı çərçivəsində “Dövlət Məktəblərində ingilis dilində danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi” (SPEX) layihəsi müəyyən edilmişdir. Sevindirici haldır ki, məktəbimizdən 5 nəfər ingilis dili müəllimi bu layihədə iştirak edir. Layihə çərçivəsində təşkil edilmiş bu təlimlər zamanı müəllimlərin tədris və danışığın qiymətləndirilməsi ilə bağlı pedaqoji bilik və bacarıqlarını yüksəldilməsi nəzərdə tutulmuşdur ki, nəticədə müəllimlər İngilis dili səviyyəsini qiymətləndirərək təkmilləşəcək, tədris və danışığın qiymətləndirilməsi ilə bağlı pedaqoji bilik və bacarıqlarını yüksəldəcək və ixtisasartırma kurslarını müvafiq müəllimlərin ehtiyacları və kurikulum məqsədləri ilə əlaqələndirilməsinə nail olunacaq.Bu yolda təlimçilərə və layihədə iştirak edən müəllimlərimizə uğurlar arzu edirik.