Məktəbin 2016/2017-ci tədris ili üçün fəaliyyət planının 1.2-ci " Müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi" istiqamətinin 1.2.1-i bəndinə müvafiq olaraq müəllimlərin ehtiyaclarının öyrənilməsi və onların müvafiq kurslara göndərilməsi üzrə işlər davam edir. Məktəbimizin 3 nəfər informatika müəllimi 14-17 mart 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə "Gənclərin elmi araşdırmalarına dəstək" ictimai birliyinin STEP akademiyasında "Birinci sinifdən proqramlaşdırma"- "SKRATCH" proqramı üzrə təşkil etdiyi təlimlərdə uğurla iştirak etmişlər.